IMG-LOGO

Məkkədə 14 zəvvar istidən öldü

17.06.2024 13:47 53 baxış
IMG

Məkkədə Həcc ziyarət zamanı İordaniyadan olan azı 14 nəfər susuzluqdan və həddindən artıq istidən dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Daha 17 zəvvarın itkin düşmüşlər siyahısında olduğu ayrıca qeyd edilir. Hazırda Məkkə və onun ətrafında havanın temperaturu orta hesabla 47 dərəcəyə bərabərdir. 

Ona görə də Səhiyyə Nazirliyi ölkəyə gələn zəvvarlara daha çox su içməyi və ən isti saatlarda - saat 11:00-dan 15:00-dək açıq havada olmamağı tövsiyə edir.

Xəbər lenti