IMG-LOGO

Gürcüstanda bir gündə dörd zəlzələ baş verdi

17.06.2024 02:16 54 baxış
IMG

Gürcüstanın şimalındakı Oni şəhəri yaxınlığında maqnitudası 3,3-4,7 arasında dəyişən dörd zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Baş verən zəlzələlər nəticəsində hər hansı dağıntı qeydə alınmayıb.

Xəbər lenti