IMG-LOGO

Rusiyada cəzaçəkmə müəssisəsində ÜSYAN -YENİLƏNİB

16.06.2024 10:58 53 baxış
IMG

Rostov istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.

Məlum olub ki, onlar 2023-cü ilin dekabrında İŞİD-din tərkibində döyüşüblər. Həmin şəxslər terror aktı hazırlamaqda (onlar Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırıblar) ittiham ediliblər. Saxlanılan şəxslər 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd olunur ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərə barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Orada işçiləri girov götürüblər.

 

 

***

10:20

 

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb. Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.

Xəbər lenti