IMG-LOGO

İnterpolun axtardığı ana və oğlu tutuldu

15.06.2024 17:27 10 baxış
IMG

Türkiyənin qırmızı bülletenlə axtarışa verdiyi yazıçı Eylem Tok və oğlu Timur Cihantimur saxlanılıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, ana və oğlu ABŞ-ın Boston şəhərində tutulublar. Bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, ana və oğlunun saxlanılmasına dair ilk məhkəmə iclası iyunun 18-də ABŞ-da baş tutacaq. Nazirin sözlərinə görə, onların tezliklər Türkiyəyə ekstradisiya edilməsi üçün tədbirlər görüləcək.

Xatırladaq ki, Timur Cihantimur İstanbulda anasına məxsus bahalı ciplə 5 nəfəri vurub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədən sonra ana və bala ölkədən qaçıblar.

Xəbər lenti