ABŞ-da Çin istehsalı olan təhlükəli iynələr aşkar edilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məhz bu səbəbdən Qida və Dərman Administrasiyası Çin iynələrinin ABŞ-a idxalını tamamilə qadağan etməyi düşünür. Agentlik Çin istehsalı olan plastik iynələrdən istifadə etməyi tövsiyə edib.
Şprislərdə qüsurların olması və onlardan istifadə zamanı baş verən maye kanalının sızması barədə məlumat daxil olduqdan sonra araşdırma aparılır.