Bu gün İtaliyanın ev sahibliyi ilə G7 Liderlərinin Zirvə toplantısı keçirilib.
Lent.az xəbər verir ki, toplantıda iştirak edən dövlət və hökumət başçıları xatirə fotosu çəkmək üçün toplaşıblar.
Bu zaman ABŞ prezidenti Co Bayden naməlum istiqamətə hərəkət etməyə başlayıb. Hadisəyə cəld reaksiya verən İtaliyanın baş naziri Giorgia Meloni Baydenin qolundan tutaraq onu şəkil çəkilən yerə gətirib.