Xəzərdə fırtına zamanı itkin düşən sörfçülərin axtarışlarının görüntüləri yayılıb.
Lent.az xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi fırtınada qalan iki sörfçünü tapmaq məqsədilə Dağıstanda xilasetmə əməliyyatını davam etdirir.
Nazirliyin əməkdaşları 11 nəfəri xilas ediblər, 2 sörfçünün isə sahildən 300 metr aralıda olduğu məlum olub.
Qeyd edk ki, çimərlikdə gözlənilmədən başlayan qasırğa zamanı 13 nəfər Xəzər dənizi sahillərində sörfinq edib. Onlardan 11 nəfəri xilas edilsə də sahildən 300 metr uzaqlıqda olan iki nəfəri tapmaq hələ ki, mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti növbəti günlərdə əlverişsiz hava şəraiti ilə bağlı məlumat yayıb.