Bu ilin yanvarın 1-dən noyabrın 15-dək dünyada vəbaya yoluxanların sayı 610 mini ötüb.
Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bu, 2022-ci illə müqayisədə çoxdur.
Bir ay ərzində yoluxmaların sayı 7 minə yaxın artıb. Təşkilatın məlumatına görə, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəbaya yoluxma müəyyən edilib.
İlin əvvəlindən ümumilikdə 29 ölkədə vəba qeydə alınıb.
Xəstəlik xüsusilə Afrikada güclü şəkildə yayılır. İlin əvvəlindən bəri 16 Afrika ölkəsində vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.