IMG-LOGO

Kişi istidə pampers taxıb küçədə gəzdi

13.06.2024 15:52 54 baxış
IMG

Rusiyanın Perm vilayətinin küçələrində kişi uşaq bezi taxaraqi şəhərin mərkəzində gəzib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, şahidlər həmçinin onun fotosunu dərc ediblər. Bundan əlavə, onu Kuybışev küçəsində "Maqnitin yaxınlığında" və mərkəzi Lenin küçəsində görüblər.

Kişi uyğun ölçüdə olan uşaq bezlərindən əlavə, yalnız başmaq geyinib. Yaşının 40-dan az olduğu bildirilir. Yayımlanan foto və videolarda o, qeyri-qanuni heç bir iş görmür və özünü aqressiv aparmır, lakin görünüşü çoxlarını çaşdırır.

Onu da qeyd edək ki, Perm şəhərində hava həmin gün çox isti olub – 32 dərəcə.

Xəbər lenti