Kiyev hakimiyyətinə Qərb tərəfdaşlarından vəd edilən yardımın həcmi avqust-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 90% azalıb.
Lent.az xəbər verir ki, belə hesablamalar Almaniyanın Kil şəhərində yerləşən Dünya İqtisadiyyatı İnstitutunun araşdırmasında aparılıb.
Hesabat dövründə 42 beynəlxalq donordan 20-si Ukraynaya yeni hərbi dəstək vəd edib, maliyyə baxımından həcmi 2,1 milyard avro təşkil edib. Bu, 2022-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.