IMG-LOGO

Hərbi hissənin evini satıbmış - Müdafiə Nazirliyinin bölmə rəisinin MƏHKƏMƏSİ

10 Sep 2026 15:38 2 baxış
IMG
2 0

Bakı Ağır Cinayətlər Məhkəməsində mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.N mənzili özünü təqsirləndirilən Ə. Rüstəmovun xalası qızı kimi təqdim edən Yeganə adlı qadının vasitəsilə aldığını deyib:

"Yeganə Əvəzin işçisi idi, indi rəhmətə gedib. Mənə evlə bağlı deyəndə həyat yoldaşım gedib yiyəsindən evi aldı. Sonra məlum oldu ki, ev hərbi hissəyə məxsusdur. Yoldaşım hələ neçə dəfə Əvəzdən soruşmuşdu ki, evin başında bir problem yoxdur ki? O da and-aman eləyib hər şeyin qaydasında olduğuna bizi əmin eləmişdi. Mənzilin qeydiyyatı ilə bağlı arayışı da yoldaşıma Əvəz verib. Ev üçün 43 000 manat pulu Yasəmənə ödəmişik. Mən əslində şahid yox, zərərçəkənəm".

Məhkəmə tərkibi digər şahidlərin iştirakının təmin edilməsi məqsədi ilə növbəti prosesi sentyabrın 24-ü saat 17:00-a təyin edib.

Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisələr cinayət işləri məhkəmə işləri rüşvət

Mənbə: lent.az

Xəbər lenti