Paytaxtdakı yerüstü piyada keçidlərindən birində eskalatorun uzun müddətdir işləməməsi sakinlərin narazılığına səbəb olub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, keçiddəki eskalatorun təxminən bir ildir fəaliyyətsiz olduğu bildirilir. Bu səbəbdən piyadalar, xüsusilə yaşlılar və səhhətində problem olan şəxslər keçiddən istifadə edərkən çətinlik çəkirlər.
Sakinlər hər dəfə hündür pilləkənlərlə qalxıb-enməyin onlar üçün ağır olduğunu deyiblər. Onların sözlərinə görə, eskalatorun işləməməsi həm gediş-gəlişi çətinləşdirir, həm də təhlükə yaradır.
Vətəndaşlar problemin aidiyyəti qurumlar tərəfindən qısa zamanda aradan qaldırılmasını və eskalatorun yenidən istifadəyə verilməsini istəyirlər.
eskalator işləməyən eskalator piyada keçidi Bakı sakinlərin narazılığı təhlükəli keçid yerüstü keçid sosial problem şəhər infrastrukturu piyadalar yaşlılar aidiyyəti qurumlarMənbə: lent.az