Yeni elmi-fantastik “The Beauty” serialı qeyri-adi süjeti ilə diqqət çəkib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekran işində insanları daha gözəl və cazibədar edən müəmmalı virusun yayılmasından bəhs olunur. Lakin yoluxanların xarici görünüşünü dəyişdirən virus sonradan onların həyatı üçün ölümcül təhlükəyə çevrilir.
Cinsi yolla ötürülən virus insanın DNT-sini dəyişdirir. Yoluxmuş şəxslər qısa müddətdə ideal bədən quruluşuna və diqqətçəkən xarici görünüşə sahib olurlar. Ancaq bu “gözəlliyin” ağır bədəli var. Bir müddət sonra insan orqanizmi genetik dəyişikliklərə tab gətirmir və yoluxanlar əzab içində həyatlarını itirməyə başlayırlar.
Hadisələr Paris, Venesiya və Nyu-York kimi moda dünyasının əsas şəhərlərinə qədər uzanır. Supermodellərin və məşhurların qəribə ölümləri diqqət çəkəndən sonra FTB agentləri Kuper Medsen və Cordan Bennett araşdırmaya başlayırlar. Bu obrazları Evan Piters və Rebekka Holl canlandırırlar.
Araşdırma onları texnologiya maqnatı Bayron Forsta aparıb çıxarır. Məlum olur ki, təhlükəli virus təbii şəkildə yaranmayıb, süni olaraq hazırlanıb və onun arxasında milyardlarla dollar qazanmaq məqsədi dayanır.
Serialın maraqlı detallarından biri də moda dünyasının tanınmış simalarının ekran işində görünməsidir. Onların arasında məşhur model Bella Hadid də var.
“The Beauty” 11 seriyadan ibarətdir və hər bölüm təxminən 40-45 dəqiqə davam edir. Serialın premyerası 2026-cı il yanvarın 21-də baş tutub.
serial yeni seriallar The Beauty gözəl gözəllik modelMənbə: lent.az