IMG-LOGO

Kosmosda 1000 gün qalan ilk insan oldu

10.06.2024 11:13 29 baxış
IMG

Beynəlxalq Kosmik Stansiyada 1000 gün qalan kosmonavt Oleq Kononenko bu baxımdan yeni rekorda imza atıb. 

Astronavtlar və kosmonavtlar bir çox missiyalar üçün kosmosa göndərilir. Kosmonavt Oleq Kononenko kosmosda 1000 gün qalan ilk insan olub. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bundan əvvəl başqa bir kosmonavt Gennadi Padalka kosmosda 878 gün 11 saat 29 dəqiqə qalaraq rekord qırmışdı. 

Kononenko təqaüdçü Padalkanın rekordunu qırmağı bacarıb. 

Verilən məlumata görə, Kononenko 2023-cü il sentyabrın 15-də Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Dəyişiklik olmazsa, bu müddət 2024-cü il sentyabrın 23-də başa çatacaq.

NASA-nın astronavtları, ümumiyyətlə, ISS-də 6 aydan çox qalmırlar. Bunun səbəbi isə kosmosdakı atmosferin insan orqanizminə və psixologiyasına etdiyi təsir kimi göstərilir.  

Xəbər lenti