Qırğızıstanda fəhlələr karxanada işləyərkən qədim mamontun kəllə sümüyünü tapıblar.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb. Tapıntı İssık-Kul bölgəsində aşkar edilib.
Qırğızıstan Mədəniyyət Nazirliyinin bəyanatında qeyd olunur ki, diqqətəlayiq tapıntının təhlili üçün dərhal əraziyə arxeoloqlar çağırılıb.