Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri Kristof Deluar 54 yaşında Parisdə vəfat edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Deluar Fransa televiziyası, “Le Point” jurnalı üçün işləyib və jurnalistlər üçün təlim mərkəzinə rəhbərlik edib.
O, 2012-ci ildən Sərhədsiz Reportyorlar Təşkilatına rəhbərlik edirdi. Deluarın ölüm səbəbinin xərçəng xəstəliyi olduğu bildirilir.