IMG-LOGO

BMT-nin ikisi qadın olmaqla 11 əməkdaşı girov götürüldü

08.06.2024 00:42 57 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatı Yəməndəki husilərin ikisi qadın olmaqla 11 BMT əməkdaşını girov götürdüyünü açıqlayıb.

Lent.az xəbər verir ki, BMT sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

BMT-nin Yəməndəki hadisələri narahatlıqla izlədiyini bildirən Dujarrik Husi səlahiyyətliləri ilə danışıqlar apardıqlarını, BMT əməkdaşlarının azad edilməsi üçün əllərindən gələni etdiklərini deyib.

 

 

Xəbər lenti