İsrail Müdafiə Qüvvələri “uşaqlara qarşı qanun pozuntusunu törədənlər” siyahısına daxil edilib.
APA xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İsrail Müdafiə Qüvvələrini münaqişə zamanı uşaqlara qarşı zorakılıq edənlərin qara siyahısına əlavə edib. Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin Baş Katibindən öz Qərargah rəisi vasitəsilə İsraili adekvat tədbirlər görməyən ölkələr və silahlı təşkilatlar siyahısına daxil etmək qərarına dair rəsmi bildiriş aldı.” - bəyanatda deyilir.