IMG-LOGO

ABŞ Gürcüstan vətəndaşlarına SANKSİYALAR TƏTBİQ EDİR

06.06.2024 22:11 51 baxış
IMG

ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edir.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Miller bildirib ki, viza məhdudiyyətlərinin ilk “dalğası” öncəlikə “Gürcü Arzusu” partiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təsir edəcək.

Vaşinqton Gürcüstanda qəbul edilən "Xarici təsir haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır.

Xəbər lenti