IMG-LOGO

Rusiya 2025-ci ildə qaz hasilatını 3,3% azaldıb

07 Feb 2026 02:15 3 baxış
IMG

Rusiyada 2025-ci ildə ümumi qaz hasilatı 3,3% azalaraq 662,7 milyard kubmetrə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Statistika Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu rəqəmə təbii qaz və səmt neft qazı daxildir. Təbii qaz hasilatı 3,1% azalaraq 561,1 milyard kubmetrə düşüb. Ötən ilin dekabr ayında bu rəqəm 53,2 milyard kubmetrə çatıb ki, bu da 2025-ci ilin noyabr ayı ilə müqayisədə 4%, 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə 4,2% azdır.

Səmt neft qazı istehsalı 4,2% azalaraq 101,6 milyard kubmetrə çatıb. Eyni zamanda, 25,1 milyard kubmetr məşəldə yandırılıb ki, bu da 2024-cü il səviyyəsi ilə müqayisədə 6,8% artım deməkdir.

Xəbər lenti