77 yaşlı dünya şöhrətli müğənni Lionel Riçi ürəyi ilə bağlı müayinələrdən keçmək üçün Sent-Luisdə xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
Məlumata görə, müğənni konsert zamanı “All Night Long” mahnısını ifa edərkən stul istəyib. Bundan sonra Riçi ehtiyat tədbiri kimi könüllü şəkildə xəstəxanaya müraciət edib və ürək müayinələrindən keçirilib.
Müğənninin vəziyyətinin yaxşı olduğu və sentyabrın 2-də evinə qayıtmasının gözlənildiyi bildirilir. Riçi bundan əvvəl iyunda da konsert zamanı başgicəllənmə səbəbindən çıxışını yarımçıq dayandırmışdı.
Lionel RiçiMənbə: lent.az