IMG-LOGO

Balakən gömrüyündə ƏMƏLİYYAT: 232 minlik linza və kosmetik əşyalar tapıldı

01 Sep 2026 16:00 2 baxış
IMG
0 0

Balakən Gömrük İdarəsi əməkdaşları tərəfindən keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, idarənin “Mazımqara” gömrük postunda Gürcüstandan ölkəmizə gələn, qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsində yoxlama aparılıb.

Yoxlama nəticəsində nəqliyyat vasitələrindən, ümumilikdə 232 min 185 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan edilməyən linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr gömrük Balakən linza kosmetik əşyalar

Mənbə: lent.az

Xəbər lenti