IMG-LOGO

Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları

01 Sep 2026 14:53 2 baxış
IMG
69 0

Dünya şöhrəti, uğurlu karyera və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtlik demək deyil. Şou-biznesin ən tanınmış qadınlarından bəziləri peşəkar sahədə zirvəyə yüksəlsələr də, sevgi münasibətlərində eyni uğuru qazana bilməyiblər.

Lent.az şəxsi həyatında ardıcıl uğursuz münasibətlər və boşanmalar yaşayan dünya ulduzlarını təqdim edir.

Cennifer Lopez

Məşhur müğənni və aktrisa dörd dəfə ailə qurub və hər dörd evlilik boşanma ilə nəticələnib. Onun şəxsi həyatı daim ictimaiyyətin diqqətində olub və münasibətləri illərdir dünya mediasında ən çox müzakirə olunan mövzulardan biri sayılır.

Britni Spirs

Onun Castin Timberleyklə münasibəti başa çatdıqdan sonra da şəxsi həyatında sabitlik olmayıb. Britni bundan sonra üç dəfə ailə qurub, lakin həmin nikahların da ömrü qısa olub.

Madonna

Pop musiqisinin ən məşhur simalarından biri olan müğənni də uğursuz evlilikləri ilə siyahıdadır. Onilliklər boyu dünya səhnəsində böyük uğurlar qazanan müğənninin şəxsi həyatı isə dəfələrlə ayrılıqlar və münasibət problemləri ilə gündəmə gəlib. 

Naomi Kempbell

Məşhur model sevgidə bəxti gətirməyən ulduzlar sırasında göstərilir. Onun mürəkkəb xarakterinin şəxsi münasibətlərinə təsir etdiyi vurğulanır. Kempbell uzun illər dünyanın ən məşhur kişiləri ilə münasibətləri ilə gündəmə gəlsə də, sabit ailə həyatı qura bilməyib.

müğənni evlilik məşhurlar boşanma bəxt

Mənbə: lent.az

Xəbər lenti