IMG-LOGO

Toya saatlar qalmış meyitləri tapılmışdı: bəy və gəlinin ölüm səbəbi BİLİNDİ

01 Sep 2026 18:00 7 baxış
IMG
1 1

Türkiyənin Burdur vilayətində toylarına saatlar qalmış evlərində meyitləri tapılan 20 yaşlı Ayşegül Maral və 34 yaşlı Fatih Özaslanın ölüm səbəbi müəyyənləşib.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin araşdırmada onların elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilsə də, ekspertiza zamanı cütlüyün karbonmonoksit qazından zəhərlənərək həyatını itirdiyi məlum olub.

Qeyd edək ki, hadisə aprelin 25-də Çavdır rayonunun Küçükalan kəndində baş verib. Həmin axşam xına mərasimi, ertəsi gün isə toyları keçiriləcək Ayşegül Maral və Fatih Özaslan gecələmək üçün toydan sonra yaşayacaqları evə gediblər.

Səhər saatlarında onlardan xəbər ala bilməyən yaxınları evə gəliblər. Cütlük evin hamamında ölü vəziyyətdə tapılıb və 112 Təcili Çağrı Mərkəzinə məlumat verilib. Hadisə yerinə tibb işçiləri və jandarma əməkdaşları cəlb olunub.

Jandarmanın evdə apardığı ilkin araşdırmada onların hamamdakı su qızdırıcısından yaranan elektrik cərəyanı nəticəsində ölmüş ola biləcəyi ehtimal edilib. Cəsədlər morqa aparılıb.

Cütlüyün cənazələri prosedurlardan sonra dəfn edilib. Ayşegül Maral Adananın Ceyhan rayonunda, Fatih Özaslan isə Küçükalan kəndində torpağa tapşırılıb.

Hadisədən sonra ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün cəsədlər İstanbul Məhkəmə-Tibb İnstitutuna göndərilib. Aparılan ekspertiza zamanı Ayşegül Maral və Fatih Özaslanın karbonmonoksit qazından zəhərlənərək öldüyü müəyyən edilib.

Hadisələr kriminal xəbərlər dünyadan xəbərlər kriminal hadisələr meyit ölüm Türkiyə zəhərlənmə

Mənbə: lent.az

Xəbər lenti