IMG-LOGO

Bağçada uşağın qanından psixotrop maddə tapıldı - RƏSMİ AÇIQLAMA

01 Sep 2026 15:06 2 baxış
IMG
1 0

Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Lent.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

bağça 98 nömrəli bağça uşaq psixotrop maddə

Mənbə: lent.az

Xəbər lenti