Husilərin "Əl-Məsira" telekanalına müsahibə verən hərbi sözçüsü Yəhya Seri Qırmızı dəniz və Fars körfəzində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.
Lent.az xəbər verir ki, Yəhya Seri, Qırmızı dənizdəki əməliyyatlar zamanı "Roza" və "Vantac Drim" adlı iki gəminin hədəf alındığını deyib
O, Qırmızı dənizdə hədəf alınan gəmilərin pilotsuz təyyarələr və raketlərlə vurulduğunu bildirsə də, gəmilərin kimə aid olduğu barədə məlumat verməyib.
Üçüncü əməliyyatın isə Fars körfəzinin şərqində həyata keçirildiyini bildirən Seri “Maersk Seletar” adlı Amerika gəmisinin pilotsuz təyyarələrlə .
ABŞ və İsraildən hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verilməyib.