IMG-LOGO

Baydendən açıqlama - İsrail növbəti addımı atmağa hazırdır

04.06.2024 02:29 48 baxış
IMG

ABŞ prezidenti Co Bayden İsrail hökumətinin mövcud atəşkəs təklifinə uyğun hərəkət etməyə hazır olduğunu bildirib.

Lent.az xəbər verir ki, ABŞ dövlət başçısı bununla yanaşı Qətərdən HƏMAS-ı sazişi qəbul etməyə razı salmağını istəyib.

Ağ Evdən verilən yazılı açıqlamada bildirilir ki, ABŞ prezidenti Co Bayden Qətər əmiri Təmim bin Həməd Əl-Səni ilə telefon danışığı zamanı təklif olunan atəşkəslə bağlı mövcud vəziyyəti müzakirə edib.

Bayden irəli sürülən sülh sazişinin problemin həlli üçün müsbət seçim olduğunu və HƏMAS-ın təklifi qəbul etməli olduğunu bildirib. O həmçinin İsrailin HƏMAS-a təqdim etdiyi sazişin şərtlərinə uyğun olaraq növbəti addımı atmağa hazır olduğunu bildirib.  

Xəbər lenti