İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Möhsün Haşimi Rəfsəncaninin prezident seçkilərində iştirakdan imtina edib.
Lent.az bildirir ki, bu barədə Fars agentliyi xəbər verir.
Əvvəllər keçmiş vitse-prezident Məhəmməd Rza Aref də iştirakdan imtina etmişdi.
Keçmiş parlament sədri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, Mərkəzi Bankın keçmiş rəhbəri Abd-ol Naser Hemmati, Tehran meri Əlirza Zakani, mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və başqaları kimi namizədlər qeydiyyatdan keçib.
İran konstitusiyasına görə, prezidentin ölümünün elan edilməsindən sonra 50 gün ərzində yeni seçkilər keçirilməlidir.
İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olandan sonra ölkədə yeni seçkilərin keçirilməsi gündəmə gəlib.