Mayın 30-na olan məlumata əsasən ən azı 29 Ukrayna vətəndaşı olan jurnalist Rusiyada girov saxlanılır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu Kütləvi İnformasiya İnstitutunun direktoru Oksana Romanyuk bildirib. Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş daha 4 jurnalist də Rusiya tərəfindən qanunsuz olaraq saxlanılır.
Təfərrüatlar
Romanyukun sözlərinə görə, 100-dən çox ukraynalı və xarici jurnalist Rusiya tərəfindən əsir götürülüb. O, Rusiyanın jurnalistlərə qarşı hərəkətlərinin müharibə cinayəti və soyqırım əlaməti olduğunu vurğulayıb.
Rusiya tərəfindən qanunsuz olaraq saxlanılan jurnalistlər arasında 2022-ci il martın 3-də Kiyev vilayətinin işğalı zamanı rus hərbçilərini qaçırdığı UNİAN-dan Dmitri Xilyuk da var.