20 il əvvəl porno videoda rol alan qadın videonu bu yaxınlarda internetdə tapdığını və qorxduğunu bildirib.
Lent.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Qadın etiraf edib ki, bu barədə ərinə deməli olub-olmadığını bilmir.
Qadın 18 yaşında olarkən açıq-saçıq bir videoda rol aldığını bildirib.
“Mən bu videoda çəkilmək niyyətində deyildim, rəfiqəmə dəstək üçün çəkilişlərə getmişdim, lakin o, son anda bundan imtina etdi və mən də razılaşdım” dedi. Qadın qeyd edib ki, video 30 dəqiqə çəkir. Onun sözlərinə görə, o, etdiyi əməldən dərhal peşman olub.
Video əvvəlcə internetdə müxtəlif saytlarda yayımlansa da, bir müddət sonra internetdən itib.
“Çəkilişdən bir neçə il sonra gələcək həyat yoldaşımla tanış oldum və bu barədə ona heç nə demədim. Utandım, dua etdim ki, heç vaxt bundan xəbər tutmasın. O, bu barədə heç vaxt xəbər tutmayıb. 15 ildir ki, evliyik və iki övladımız var”, –qeyd olunub.