İndoneziyada 2 dekabrda vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, Marapi vulkanı yaxınlığında itkin düşən sonuncu turistin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 23 nəfərə çatıb.
Xilasetmə xidməti bildirir ki, dəstənin qalan üzvləri – 52 nəfər təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılıb.
Hazırda vulkanda aktivlik davam edir. 3 gün ərzində 5 güclü püskürmə qeydə alınıb.