Boks üzrə ağır çəkili keçmiş dünya çempionu Mayk Tayson Mayamidən Los-Ancelesə uçarkən təyyarədə tibbi yardım tələb edib.
APA xəbər verir ki, bu barədə NY Post məlumat yayıb.
Mənbənin sözlərinə görə, idmançının xorasının kəskinləşməsi səbəbindən başı gicəllənib və qusub. Daha sonra Taysonun komandası səhhətinin yaxşılaşdığını bildirdi:
"Mayk ona kömək edən tibb işçilərinə minnətdardır".
Taysonun növbəti döyüşü 20 iyun 2024-cü ildə bloger Ceyk Polla keçirəcək. Döyüş ABŞ-ın Arlinqton şəhərindəki A&T Stadiumunda baş tutacaq.
57 yaşlı Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə kiçik Roy Consla sərgi döyüşü çərçivəsində çıxmışdı.