IMG-LOGO

Rəisinin ölümü - İran prezidentinin cəsədinin necə tanındığı AÇIQLANDI

27.05.2024 12:51 48 baxış
IMG

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın həlak olduğu təyyarə qəzasından sonra xilasetmə qrupları şəxsi əşyalar sayəsində onların cəsədlərini müəyyən edə biliblər.

Lent.az xarici KİV-ə istinadla məlumat verir ki, hadisə çətin hava şəraitində baş verib və helikopterə ciddi ziyan dəydiyi üçün cəsədlər ciddi şəkildə yanıb. Xilasedicilər təbii fəlakət yerində Rəisiyə məxsus üzük və Abdullahyana məxsus qol saatını aşkar ediblər ki, bu da onların digər zərərçəkənlər arasında şəxsiyyətini müəyyən etməyə imkan verib.

İran ordusunun yaydığı ilkin hesabata görə, helikopter planlaşdırılan trayektoriya üzrə hərəkət edib və qəzaya uğrayana qədər onu müşayiət edən uçuş aparatları ilə  əlaqə saxlayıb.

Kənardan müdaxilə və ya atəş əlaməti olmayıb. Helikopter komandiri uçuşun son dəqiqələrinə qədər dispetçer xidməti ilə əlaqə saxlayıb.

İstintaq həmçinin müəyyən edib ki, helikopter dağ yamacı ilə toqquşduqdan sonra qəzaya uğrayıb və bu, sürətli yanğına səbəb olub. Çətin hava şəraiti və duman axtarış işlərini çətinləşdirsə də, pilotsuz uçuş aparatlarının istifadəsi sayəsində qəza yeri müəyyən edilib.

Xəbər lenti