IMG-LOGO

Şəmkirdə ağır qəza: ikisi uşaq olmaqla 5 nəfər öldü -YENİLƏNİB

17 Aug 2026 19:05 3 baxış
IMG
3 0

Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası nəticəsində ikisi uşaq olmaqla 5 nəfər ölüb.

***

18:27

Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası nəticəsində ölənlərin sayı 4-ə çatıb.

***

18:22

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti