IMG-LOGO

Qubada üç avtomobil toqquşdu-YENİLƏNİB

17 Aug 2026 21:56 3 baxış
IMG
1 0

Quba rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə saat 21:00 radələrində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil VAZ-2107 markalı avtomobilə, VAZ-2107 isə “Volvo” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib. VAZ-2107 markalı avtomobilin sürücü yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

*** 21:13 Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. Xanım Məmmədova

quba qəza

Mənbə: lent.az

Xəbər lenti