IMG-LOGO

Kabinindən tüstü çıxan sərnişin təyyarəsi enməyə məcbur oldu

27.05.2024 04:11 51 baxış
IMG

Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarə Danimarkanın Billun şəhərindən  Frankfurta kabinədən gələn tüstü qoxusuna görə Hannoverdə məcburi eniş edib.

Lent.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb. 

Bildirilib ki, 89 sərnişin və 4 ekipaj üzvü xəsarətsiz təyyarəni tərk edib. Tüstü və qoxuya baxmayaraq, təyyarədə yanğın aşkarlanmayıb.

Aviaşirkət mütəxəssisləri hadisə ilə bağlı araşdırmaya başlayıb.

Xəbər lenti