IMG-LOGO

Kobaxidze əsas məqsədlərini açıqladı

26.05.2024 17:22 83 baxış
IMG

Gürcüstan Baş naziri İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll edərək, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib.

Lent.az-ın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, İrakli Kobaxidze 26 may Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.

Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: "2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır".

Xəbər lenti