Rusiya prezidenti Vladimir Putinin təyyarəsini Əbu-Dabiyə uçuş boyu Su-35S qırıcıları müşayiət edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident təyyarəsinin Əbu-Dabiyə enməzdən əvvəl uçuşu zamanı dövlət başçısını Rusiya Aerokosmik Qüvvələrinə məxsus dörd Su-35S qırıcısı müşayiət edib”, - Peskov əlavə edib ki, təyyarədə müxtəlif dərəcəli standart silahlar olub.
O, aydınlaşdırıb ki, qırıcılar Rusiyadakı əməliyyat aerodromundan “güclü yağış və güclü küləklə çətin hava şəraitində” havaya qalxıblar.
Dekabrın 6-da Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparmaq üçün Əbu-Dabiyə uçub. Həmin gün Rusiya lideri Səudiyyə Ərəbistanına səfər edəcək.