IMG-LOGO

Ronaldo evlənəcəyini anasına toydan 30 saniyə əvvəl deyib

14 Aug 2026 19:44 4 baxış
IMG
8 0

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodrigesin gizli şəkildə evlənib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Ronaldo və Corcina avqustun 11-də Lissabon yaxınlığındakı Quinta da Marina ərazisində yerləşən, dəyəri təxminən 30 milyon funt sterlinq olan malikanələrində nikaha daxil olublar.

Mərasim olduqca məxfi keçirilib və cütlüyün uşaqlarından başqa yalnız dörd şahid iştirak edib.

Xəbərdə ən çox diqqət çəkən məqam isə Ronaldonun ailəsinin mərasimdə iştirak etməməsi olub. İddiaya görə, futbolçunun anası Dolores Aveiro, qardaşı Huqo və bacıları Elma ilə Katia evlilik barədə mərasimdən cəmi 30 saniyə əvvəl məlumat alıblar.

Bunun Ronaldo ilə ailəsi arasında narazılıq yaradacağı iddia edilsə də, Dolores və Katia sonradan sosial şəbəkədə cütlüyün fotosuna ürək və üzük emojiləri əlavə edərək evliliyə münasibətlərini göstəriblər.

Ronaldo Ronaldo evləndi

Mənbə: lent.az

Xəbər lenti