IMG-LOGO

Tələbi rədd edildi - Lənkəranskinin qan düşmənindən YENİ XƏBƏR

14 Aug 2026 18:59 3 baxış
IMG
3 0

Rusiyada “Giya Sverdlovski” ləqəbli kriminal avtoritet Georgi Akoyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. O, 2027-ci il yanvarın 21-dək istintaq təcridxanasında qalacaq.

Lent.az xəbər verir ki, Georgi Akoyev cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda ittiham olunur. Müdafiə tərəfi və Akoyev özü səhhətinin pisləşməsini əsas gətirərək onun ev dustaqlığına buraxılmasını istəyiblər.

“Mən nə gizlənmək, nə qaçmaq, nə də həyatımı korlayacaq hansısa macəraya atılmaq fikrindəyəm. Hazırda mənə sağlamlığımı bərpa etmək lazımdır”, – deyə “Giya Sverdlovski” məhkəmədə bildirib.

Hakim qətimkan tədbirini dəyişdirməyib və Akoyev həbsdə saxlanılıb.

İstintaq hesab edir ki, Akoyev 2008-ci ildən etibarən Ural bölgəsində əsas “qanuni oğru”lardan biri olub. Onun quldurluq hücumunun təşkilinə görə cəza çəkdiyi dövrdə kriminal aləmdə yüksək status aldığı ehtimal edilir.

Qeyd edək ki, Giya Sverdlovski 2020-ci ildə mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin ölümündən sonra Sverdlovsk vilayətində təsir gücünü artırmaq üçün Avtandil Kobeşavidze və Əhməd Dombayevlə rəqabət aparıb.

Həmçinin o, Yekaterinburqda azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat) satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi. İş adamı 6 kiloqram qızılı “qanuni oğruya” versə də, nə qızıl qaytarılıb, nə də pul.

Onu da qeyd edək ki, Sverdlovski "Ded Xasan"ın bacısı oğlu sayılır. O, dayısına görə Rövşən Lənkəranskini qan düşməni elan etmişdi.

Hadisələr kriminal xəbərlər kriminal avtoritetlər qanuni oğru məhkəmə işləri cinayət işləri

Mənbə: lent.az

Xəbər lenti