IMG-LOGO

17 yaşlı oğlan “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

14 Aug 2026 23:30 3 baxış
IMG
0 0

ABŞ-ın Massaçusets ştatında 17 yaşlı Arjun Aravind anası və 14 yaşlı qardaşını öldürməkdə ittiham olunub.

Lent.az xəbər verir ki, araşdırma zamanı onun cinayətdən əvvəl internetdə və süni intellekt vasitəsilə ailəsinin öldürülməsi ilə bağlı müxtəlif ssenarilər araşdırdığı məlum olub.

Prokurorluğun məlumatına görə, yeniyetmə aylar ərzində, o cümlədən hadisə günü süni intellektdən istifadə edərək ölüm və cinayətlə bağlı hekayələr hazırlayıb və ailəsinin ölümü ilə bağlı suallar verib. Bununla belə, “ChatGPT”nin ona birbaşa cinayət törətmək təlimatı verdiyi iddia olunmur.

Aravind hadisədən sonra anasına məxsus avtomobillə evdən uzaqlaşıb və təxminən 21 kilometr məsafədə saxlanılıb.

O, məhkəmədə özünü təqsirli bilməyib və girov hüququ olmadan həbs edilib.

 

ChatGPT ABŞ

Mənbə: lent.az

Xəbər lenti