IMG-LOGO

Zərərli SIM kartlar telefonları ələ keçirə bilər

15 Aug 2026 07:01 4 baxış
IMG
0 0

 

Mütəxəssislər SIM kartların smartfonlar və digər mobil cihazlar üçün gözlənilməz təhlükə yarada biləcəyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, araşdırmaya görə, xüsusi hazırlanmış və ya dəyişdirilmiş SIM kart cihazın modeminə müəyyən əmrlər göndərərək onun fəaliyyətinə müdaxilə edə bilər.

Sınaqlar zamanı bəzi cihazlarda SIM kart vasitəsilə məlumatların oğurlanması, internet bağlantısının 2G şəbəkəsinə keçirilməsi və cihazın söndürülməsi kimi əməliyyatların mümkün olduğu göstərilib.

Risk yalnız telefonlarla məhdudlaşmır: elektrik avtomobillərinin şarj qurğuları, sənaye routerləri və avtomobillərin telematik sistemləri də potensial təhlükə altındadır.

Tədqiqatçılar bildirirlər ki, hazırda bu üsulla real hücumların həyata keçirildiyi barədə məlumat yoxdur.

Bununla belə, istehsalçıların sözügedən funksiyanı məhdudlaşdırması və təhlükəsizlik yeniləmələri təqdim etməsi tövsiyə olunur.

 

sim kart telefon

Mənbə: lent.az

Xəbər lenti