IMG-LOGO

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

20 Nov 2026 19:52 12 baxış
IMG

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib.

"Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bin Həməd Əl Tani ilə mətbuat konfransında bildirib.

O, Qətərin Almaniya ilə iqtisadi qarşılıqlı əlaqələrinin genişlənməsini alqışlayıb, həmçinin təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa dəstəyini ifadə edib.

"Almaniya iqtisadiyyatına investisiyaların daha 15 milyard avro artırılması barədə bəyanatına görə Qətərə minnətdarlığımı bildirirəm. Bu, süni intellekt, yarımkeçiricilər və aviasiya kimi texnoloji sahələrdə hər iki tərəfin mövqelərini gücləndirəcək", - Merts deyib.

Mənbə: report.az

Xəbər lenti