ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kompüter şəbəkəsinin fəaliyyəti daha əvvəl baş vermiş nasazlıqdan sonra bərpa olunub.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Cennifer Qriffin məlumat verib.
Onun sözlərinə görə, NSA-nın məxfi rabitə sistemi yenidən fəaliyyətə başlayıb. Beləliklə, agentliyin əməkdaşları dörd gün davam edən distant iş rejimindən sonra dərhal ofislərə qayıda biləcəklər.
Müxbir əlavə edib ki, nasazlığa xarici kiberhücum səbəb olmayıb.
Mənbə: report.az