IMG-LOGO

Hörmüz boğazından çıxan tanker vurulub

20 Nov 2026 21:32 8 baxış
IMG

Hörmüz boğazından çıxan tankerdə naməlum mərminin dəyməsi nəticəsində yanğın baş verib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) insident barədə noyabrın 20-də məlumat yayıb.

Bildirilib ki, mərmi Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə dəyib.

Yanğın barədə gəminin təhlükəsizliyinə cavabdeh olan şirkət əməkdaşı məlumat verib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, ətraf mühitə zərər dəyməsi barədə də məlumat daxil olmayıb.

Hazırda hakimiyyət orqanları hadisənin təfərrüatlarını araşdırır.

Mənbə: report.az

Xəbər lenti