IMG-LOGO

Rəisinin ölümü - İranda helikopter qəzasının yeni təfərrüatları AÇIQLANDI

24.05.2024 12:31 50 baxış
IMG

İranda İbrahim Rəisinin ölümü ilə nəticələnən prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatları açıqlanıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Baş Qərargahın dərc etdiyi ilkin məlumatlara görə, helikopter yalnız dağın səthi ilə təmasda olduqdan sonra alovlanıb və korpusunda güllə izləri aşkar edilməyib.

Məlumatda vurğulanır ki, helikopter müəyyən edilmiş marşrut üzrə hərəkət edib və müəyyən edilmiş uçuş yolundan kənara çıxmayıb. Əlavə olaraq qeyd olunur ki, qəzaya uğrayan helikopterin pilotu qəzadan cəmi bir neçə dəqiqə əvvəl prezidentin kortejinə daxil olan digər iki helikopterin ekipajları ilə radio əlaqədə olub.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

Xəbər lenti