Hondurasın Talanqa şəhərində avtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, daha 20 sərnişin yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, sərnişin avtobusu aşıb və körpüdən düşüb. Zərərçəkənlər Honduras Hərbi Hava Qüvvələrinin helikopteri ilə xəstəxanaya çatdırılıb.
Respublika Prezidenti Siomara Kastro faciə ilə bağlı başsağlığı verib.