Çeçenistan rəhbəri Ramzan Kadırov 18 yaşlı oğlu Axmatı fiziki tərbiyə və idman naziri təyin edib.
Lent.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində iclasda məlum olub.
Əvvəllər bu vəzifəni tutmuş İsa İbrahimov Çeçenistan Respublikasının başçısı və hökumət administrasiyası rəhbərinin müavini təyin olunub.
Qeyd edək ki, Axmat 2024-cü ilin fevralından gənclərlə iş üzrə nazirdir.