IMG-LOGO

Keçmiş komandir həbs olundu

21.05.2024 18:12 46 baxış
IMG

Qarnizon Hərbi Məhkəməsi dələduzluqda şübhəli bilinən Rusiya Silahlı Qüvvələrinin 58-ci Ümumqoşun Ordu Qvardiyasının keçmiş komandiri İvan Popovu həbs edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar istintaqın tələbi əsasında qəbul edilib. Hərbçiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (“Dələduzluq”) ilə cinayət işi başlanıb. O, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə oğurluqda ittiham olunur.

Son bir ayda Rusiya müdafiə nazirinin müavini Timur İvanov və hərbi idarənin kadrlar şöbəsinin rəisi Yuri Kuznetsov nəzarətə götürülüb. Hər iki şəxs vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Xəbər lenti