IMG-LOGO

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18.05.2024 19:24 49 baxış
IMG

Almaniyanın Duysburq şəhərində yerli sakinlər pulsuz pivə vədi ilə seçki məntəqəsinə gətirilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyunun 9-da bütün Avropa üzrə Avropa Parlamentinin yeni tərkibi seçiləcək. Duysburqdakı (Qərbi Almaniya) seçki məntəqələrindən biri bilavasitə yerli “König Pilsener” pivə zavodunun meyxanasının daxilində yerləşir. Bu məntəqədə səs verən hər kəsə pulsuz alkoqolsuz pivə veriləcək. “König-Brauerei” şirkətinin işçi şurasının rəhbəri Rudolf Sikau əmin edir ki, ləzzətli pivənin keyfiyyəti heç bir şəkildə aşağı deyil.

"Bu kimi hadisələrlə diqqəti seçkilərə cəlb etmək və insanları səs verməyə təşviq etmək bizim üçün vacibdir", deyə şəhər administratoru Martin Murrack bildirib.

Son seçkidə Duysburqda seçici fəallığı cəmi 50,1% təşkil edib ki, bu da şəhərin yerləşdiyi Şimali Reyn-Vestfaliya regionu üçün ən aşağı göstəricidir.

Xəbər lenti